• Bakı 16° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Roza COŞDU: “Mənim kimi “pis” adamın tərbiyəsi budur”

MƏDƏNİYYƏT-ŞOU

01 May 2024 | 10:36

Roza COŞDU: “Mənim kimi “pis” adamın tərbiyəsi budur”

“Bəyənmirsinizsə, girib, təqib etməyin”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Xəzər axşamı” verilişində deyib.

İzləyici şərhlərindən əsəbləşən Zərgərli od püskürüb:

“İnanın mənə, siz neqativ yazdıqca, biz sizin yazdığınızın beş qatını sizə ürəyimizdə qarğış formasında çatdırırıq. Bir neçə gün öncə bir reklam videosu paylaşmışam. Yeriyə-yeriyə mətni danışıram. Biri yazıb ki, “ayağı əyridir, bu nə gündədir”. “Bunun nəvələri özü boydadır”. Ay balam, mənim övladım hələ körpədir. Mənim uşaq evindən götürdüyüm övladlarımın uşaqları var. Mənim öz dünyaya gətirdiyim uşağın yox”.

Əsəblərinə hakim kəsilə bilməyən ifaçı neqativ şərhlər yazan izləyicilərin ünvanını daş-qalaq edib:

“Elədiyimiz bütün yaxşılıqları burnumuzdan gətirdiniz. Hərbçilərin yanında olmağımızı burnumuzdan gətirdiniz, uşaq evində, qocalar evində olmağımızı burnumuzdan gətirdiniz... Vicdanınız olsun! Ay mən deyən insanlar. Mərifətiniz, qanacağınız olsun. Mənim kimi “pis” adamın tərbiyəsi budur. Bəs siz kimdən tərbiyə almısınız? Olmaz!”

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

21 May 2024