• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Alimlərdən ölümcül “göbələk epidemiyası” XƏBƏRDARLIĞI

DÜNYA

01 May 2024 | 14:22 | Müəllif: Qalib İbrahimoğlu

Alimlərdən ölümcül “göbələk epidemiyası” XƏBƏRDARLIĞI

Alimlər yaxın vaxtlarda gözlənilən ölümcül “göbələk epidemiyası” ilə bağlı xəbərdarlıq ediblər.

Bakıvaxtı.az bu barədə ABŞ mediasına istinadla xəbər verir.

Məlumata görə, amerikalı bir alim növbəti pandemiyanın göbələk infeksiyasından qaynaqlana biləcəyini bildirib. BAmerikada iki nəfərin ölümünə səbəb olan bu infeksiya insanların nəfəs almasını çətinləşdirir və beyində şişə səbəb olur. Göbələk növlərinin daha isti və rütubətli yerlərdə geniş yayıldığını diqqətə çatdıran alim qeyd edib ki, iqlim dəyişikliyi bu epidemiyanı daha da sürətləndirə bilər.

Alimlərin proqnozuna görə, “göbələk epidemiyası” bir neçə il ərzində davam edə bilər. Professor Yan Hennesse bildirib ki, hazırda ən təhlükəli olan “blastomikoz” adlı göbələk növüdür. Bununla yanaşı, iqlim dəyişikliyi – isti havalar və rütubətin artması fonunda histoplazmoz, vadi göbələyi kimi xəstəliklərin də epidemiyaya çevriləcəyi təhlükəsi mövcuddur.

Son məlumatlara görə, ABŞ-da göbələk xəstəlikləri 2018-ci ildəki 4 746-dan 2021-ci ildə 7 199-a çatıb. Ötən il bu rəqəmin daha böyük olduğu ehtimal edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026