Avropa ölkələri Fələstini dövlət kimi tanımaqda davam edir.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, Sloveniya Fələstini dövlət kimi tanıyacağını bəyan edib.
Bildirilib ki, Sloveniya hökuməti Fələstini rəsmən tanıyacaqlarını bildirən qanun layihəsini parlamentə göndərib. Hökumət təklifi bəyənib və rəsmi şəkildə qəbul olunacaq.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 193 ölkədən 139-u Fələstini dövlət kimi tanıyır. Bunlara BMT-dəki 22 üzvlü Ərəb Qrupu, 57 ölkəni əhatə edən İslam Əməkdaşlıq Təşkilatı və 120 üzvlü Qoşulmama Hərəkatı daxildir.
Gülşən Şərif
















