Ədirnədə Açıq Əkinçilik Cəza Müəssisəsində olan 128 məhbus günorta yeməyində yedikləri yeməkdən zəhərlənib.
Bakıvaxtı.az "Sabah"a istinadən bildirir ki, Ədirnədəki 2500 məhbusun qaldığı Kənd Təsərrüfatı Açıq Həbsxanasında naharda toyuq, düyü və qarpız yeməkləri verilib.
Yemək yeyən məhbuslardan 128-i ürəkbulanma, qusma və başgicəllənmə şikayətləri ilə xəstəxanaya müraciət edib.
Xəstəxanaya gələn məhbuslar müalicə olunmaq üçün şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Müalicəsi başa çatan 128 məhbus xəstəxanadan buraxılıb.
Hadisə ilə bağlı istintaq başladılıb.
Gülşən Şərif
















