• Bakı 16° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

İQTİSADİYYAT

01 May 2024 | 09:38

Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb.

Elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür.

Şəhər sakinləri deyirlər ki, son illər Xırdalanda əhalinin sayının dəfələrlə artması müəyyən problemlərə yol açıb. Buna görə də sakinlər digər ərazilərə köçməyə can atır.

Bakıvaxtı.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər"ə açıqlamalasında son vaxtlar Xırdalanda satışa çıxarılan evlərin artmasını bir neçə amillə əlaqələndirib. O qeyd edib ki, əmlak bazarında əsasən fərdi yaşayış evlərinin satışı üstünlük təşkil edir. Buna təsir edən əsas səbəblərdən biri də vətəndaşların mənizllərə çıxarış əldə edə bilməməsidir.

Elnur Fərzəliyev əlavə edib ki, fərdi yaşayış evlərinin daha çox satışa çıxarılması həm də mövsümlə əlaqədardır. Onun sözlərinə görə, Xırdalanda evlərin kütləvi satışa çıxarılması qiymətlərin bir qədər ucuzlaşmasına səbəb ola bilər.

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb.

Elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür.

Şəhər sakinləri deyirlər ki, son illər Xırdalanda əhalinin sayının dəfələrlə artması müəyyən problemlərə yol açıb. Buna görə də sakinlər digər ərazilərə köçməyə can atır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər"ə açıqlamalasında son vaxtlar Xırdalanda satışa çıxarılan evlərin artmasını bir neçə amillə əlaqələndirib. O qeyd edib ki, əmlak bazarında əsasən fərdi yaşayış evlərinin satışı üstünlük təşkil edir. Buna təsir edən əsas səbəblərdən biri də vətəndaşların mənizllərə çıxarış əldə edə bilməməsidir.

SON XƏBƏRLƏR