• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycandan turist axını 29 % artıb

İQTİSADİYYAT

21 May 2024 | 12:32

Azərbaycandan turist axını 29 % artıb

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 % artaraq 638,2 min nəfər olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İrana gedən ölkə vətəndaşlarının sayı 43,8 %, Türkiyəyə gedənlərin sayı 27,0 %, Gürcüstana gedənlərin sayı 25,2 %, Rusiyaya gedənlərin sayı 16,7 % artıb. Azərbaycan vətəndaşlarının 38,2 %-ni Türkiyəyə, 21,7 %i Rusiyaya, 9,1 %-ni Gürcüstana, 8,7 %i İrana, 22,3 %-ni digər ölkələrə səfər edib. Gedənlərin 67,5 %-ni kişilər, 32,5 %-ni qadınlar təşkil edib.

4 ay ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,6 %-i hava, 30,0 %-i dəmir yolu və avtomobil, 2,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.


SON XƏBƏRLƏR

26 Iyul 2024