• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Çin avtomobil şirkətləri Aİ-dən 25 faizlik vergi tələb edir

İQTİSADİYYAT

20 Iyun 2024 | 11:36 | Müəllif: Gülşən Şərif

Çin avtomobil şirkətləri Aİ-dən 25 faizlik vergi tələb edir

Çin avtomobil şirkətləri Avropa İttifaqının Çinə gömrük rüsumları tətbiq edəcəyi təqdirdə Aİ-dən 25% vergi tətbiq etməyi tələb ediblər.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu tələb Çin Ticarət Nazirliyinin təşkilatçılığı ilə Avropa avtomobil şirkətlərinin nümayəndələrinin də qatıldığı qapalı iclasda irəli sürülüb.

İclasda Çin avtomobil şirkətləri Pekini Avropa İttifaqının Çindən gələn avtomobillərə gömrük rüsumları tətbiq edəcəyi təqdirdə Aİ-dəki rəqiblərinə 25%-ə qədər idxal rüsumları tətbiq etməyə çağırıb. Bu tətbiq Aİ-dən gələn böyük benzin mühərrikləri olan avtomobillər üçün nəzərdə tutulub.

Qeyd edək ki, ötən həftə Aİ iyulun 4-dən etibarən Çin elektrikli avtomobil (EV) istehsalçılarına 38%-ə qədər tariflər tətbiq edəcəyini açıqlamışdı.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026