• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Zaqatalada DƏRSLƏR DAYANDIRILDI

CƏMİYYƏT

21 May 2024 | 13:25

Zaqatalada DƏRSLƏR DAYANDIRILDI

Ötən gecə aramsız yağan yağış nəticəsində Zaqatala rayonunun Tala kəndi ərazisindən keçən Qaraçay öz məcrasından çıxıb. Bunun nəticəsində, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Zaqatala rayon Abdurahman Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbi və Üçüncü Tala kənd körpələr evi-uşaq bağçasının həyətini su basıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb.

 Bildirilib ki, subasma səbəbindən qeyd olunan müəssisələrdə tədris prosesi birgünlük dayandırılıb. Bu müddət ərzində məktəbin və bağçanın zərər görmüş həyətyanı sahələrindən suyun çəkilməsi və yaranmış ziyanın aradan qaldırılması işlərinə başlanılıb. Təhsil müəssisələrinin normal fəaliyyətinin bərpası üçün bütün resurslar səfərbər olunub və sabah tədris prosesinin yenidən davam etdirilməsi nəzərdə tutulur.


SON XƏBƏRLƏR

26 Iyul 2024