Mərkəzi Bankın yoxlamalarından sonra “Finca Azerbaijan” və onun vəzifəli şəxsi cərimələnib.
Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, mikromaliyyə təşkilatında Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq “Finca Azerbaijan” və onun vəzifəli şəxsi Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 20 min və 2 min manat məbləğində cərimə edilib.
Xatırladaq ki, "Finca Azerbaijan" 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Mikromaliyyə təşkilatı Hollandiya şirkəti olan FINCA Microfinance Coöperatief U.A.-nın törəmə müəssisəsidir.