• Bakı 21° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

HADİSƏ

01 May 2024 | 09:07

Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birindən iki ədəd "İphone" markalı mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Abdulla Abdullayev saxlanılıb. Əlavə araşdırmalarla onun Lənkəran şəhəri ərazisində yerləşən digər bir evdən də "Samsung" markalı mobil telefon oğurladığı müəyyən edilib.

    Araşdırma aparılır.


    SON XƏBƏRLƏR