Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 2019-cu il təvəllüdlü Süleymanlı Məryəm Mehdi qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır./report.az
















