• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Daşkəsəndə dağ uçqunu olub - YENİLƏNİB + FOTO

HADİSƏ

29 Iyun 2024 | 19:40

Daşkəsəndə dağ uçqunu olub - YENİLƏNİB + FOTO

Gəncə-Daşkəsən avtomobil yolunun keçdiyi dağlıq ərazidə uçqunla əlaqədar nəqliyyatın hərəkətində çətinlik yarandığı nəzərə alınaraq əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan bildirilib.

Təhlükəsizlik tədbirləri həyata keçirilib, hər iki istiqamətdə sürücülər hadisə ilə bağlı məlumatlandırılıb, lazımı tədbirlər görülüb.

Aidiyyəti qurumların əməkdaşları tərəfindən yolda yaranmış problem aradan qaldırıldıqdan sonra DYP əməkdaşlarının köməkliyi ilə tıxacda qalan avtomobillərin hərəkəti tam bərpa edilib. Hazırda həmin yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir problem yoxdur.

Qeyd edək ki, Daşkəsən rayonunun Bayan kəndi yaxınlığında ötən gecə də qaya uçqunu olub.

 

***18:18

Daşkəsəndə dağ uçqunu baş verib.

Bakıvaxtı.az bildirir ki, hadisə Gəncə-Daşkəsən yolunun 17-ci km-də, rayonun Bayan kəndi yaxınlığında qeydə alınıb.

Güclü yağışdan sonra dağ uçqunu zamanı yolun hərəkət hissəsinə qayalar və torpaq axıb. Nəticədə, magistral yol qismən bağlanıb.

Dərhal əraziyə Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Qısa zamanda yol açılıb.

Qeyd edək ki, dağ uçqunu iki dəfə baş verib./apa


SON XƏBƏRLƏR

01 Iyul 2024