• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Qarpızla dolu yük maşını dərəyə aşdı: yaralı var - FOTOLAR

HADİSƏ

29 Iyun 2024 | 14:23

Qarpızla dolu yük maşını dərəyə aşdı: yaralı var - FOTOLAR

Şamaxıda yol qəzası baş verib.

Bakıvaxtı.az Azərtac-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb.

Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb.

Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişin Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

01 Iyul 2024