• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Evin tək uşağı olan azyaşlı faciəli şəkildə öldü: Hadisə yerindən GÖRÜNTÜLƏR

HADİSƏ

29 Iyul 2024 | 09:34

Evin tək uşağı olan azyaşlı faciəli şəkildə öldü: Hadisə yerindən GÖRÜNTÜLƏR

Cəlilabad rayonunda baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, kənd sakini 2021-ci il təvəllüdlü Cahid Vahabov nəzarətdən yayınaraq qonşu evinə gedib və hündür pilləkənlə ikinci mərtəbədə yerləşən açıq balkona çıxıb.

Uşaq burada müvazinətini itirərək yerə yıxılıb.

Bunu görən qonşular dərhal hadisə yerinə gəliblər.

Xəsarət alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.

Qeyd edək ki, C.Vahabov evin tək övladı olub.

Ətraflı APA TV-nin süjetində:


SON XƏBƏRLƏR

07 Sentyabr 2024