• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Baş Prokurorluq Tovuzda baş verən cinayətlə bağlı məlumat yayıb

HADİSƏ

29 Iyul 2024 | 11:00

Baş Prokurorluq Tovuzda baş verən cinayətlə bağlı məlumat yayıb

Tanışının ölümündə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bakıvaxtı.az bu barədə Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda bildirilib ki, cari il aprelin 18-də Tovuz rayonu ərazisində 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın xəstəxanada ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İstintaqla 2002-ci il təvəllüdlü Röyal Tağıyevin aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə tezalışan məhlul tökməsi və alışqan vasitəsi ilə onu qəsdən yandırması nəticəsində sonuncunun almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Röyal Tağıyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024