• Bakı 20° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Qlobal işsizlik dərinləşir: İşsizlərin sayı 2 milyon nəfər artacaq

İQTİSADİYYAT

01 May 2024 | 11:55

Qlobal işsizlik dərinləşir: İşsizlərin sayı 2 milyon nəfər artacaq

Ötən il 5,1 faiz olan ümumi işsizlik səviyyəsi bu il 5,2 faizə yüksələcək. 

Bakıvaxtı.az "NTV"yə istinadən bildirir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatı "Dünya Məşğulluğun Görünüşü" hesabatı dərc olunub.

Təşkilatın hesabatına görə, bu il yüksək və aşağı gəlirli ölkələr arasında ciddi məşğulluq fərqləri müşahidə olunur. Belə ki, yüksək gəlirli ölkələrdə işçi çatışmazlığı 8,2 faiz olduğu halda aşağı gəlirli ölkələrdə bu nisbət 20,5 faizə yüksəlib.

Hesabata əsasən, gündə 2 dollar yarımdan az qazanan həddindən artıq yoxsulluq şəraitində yaşayan işçilərin sayı 2023-cü ildə təxminən 1 milyon nəfər artıb. Gündə 3,65 dollar qazanan orta yoxsulların sayı 8,4 milyon artıb. Yoxsulluqla yanaşı, əldə olunan real gəlirin azalması da hiss olunur. Bu isə 2024-cü ildə işsizlik səviyyəsinin artacağına səbəb olacaq. 

Gülşən Şərif


SON XƏBƏRLƏR