Bitkoin kriptovalyutasının qiyməti 60 min dollardan aşağı düşüb.
Bakıvaxtı.az "NTV"yə istinadən bildirir ki, bu barədə "Coinmarketcap" analiz şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasına görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarından əvvəl "Binance"in baş icraçı direktoru vəzifəsindən istefa verən Changpeng Zhaonun 4 aylıq həbs olunması bitkoinin qiymətinə təsirsiz ötüşməyib.
Həbs qərarından sonra Bitkoin daxil olmaqla, qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 5,2 faiz azalaraq 2 trilyon 210 milyard dollara düşüb.
Bazar dəyərinə görə ikinci yerdə olan "Ethereum"un qiyməti isə 3 min dollardan aşağı düşüb. Hazırda "Ethereum" 2 954 dollar səviyyəsindədir.
Gülşən Şərif















