• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Çində magistral yol çökdü: 36 ölü - YENİLƏNİB

DÜNYA

02 May 2024 | 08:17

Çində magistral yol çökdü: 36 ölü - YENİLƏNİB

Çinin cənubundakı Quandun əyalətindəki magistralın bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

    Hadisədə ölənlərin sayı 36 nəfər olub. Dağıntılar altından 23 avtomobil çıxarılıb.

    30 nəfərin xəsarət aldığı bildirilir.

    ***

    1 may, 14:14

    Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 24 nəfər həlak olub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

    Daha əvvəl 19 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilirdi.

    Yerli hakimiyyət orqanları bildiriblər ki, magistral yolun çökməsinə ötən həftə Quanqdonq əyalətində yağan güclü yağış səbəb ola bilər.

    ***

    09:31

    Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barə "Sinxua" agentliyi məlumat yayıb.

    Ən azı 30 nəfər yaralanıb və xəstəxanaya aparılıb.

    ***

    08:18

    Çində yüksək sürətli magistral yolda çpkmə olub.

    Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

    Məlumata görə, hadisə ölkənin cənubundakı Quandun əyalətində magistral yolda qeydə alınıb. Belə kİ, yolun bir hissəsinin çökməsi nəticəsində 18 avtomobil dağıntılar altında qalıb.

    Xilasedicilər dağıntılar altından 31 nəfəri xilas ediblər. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

    Dağıntıların təmizlənməsi işləri aparılır.

    Hadisənin səbəbləri araşdırılır.


    SON XƏBƏRLƏR

    21 May 2024