• Bakı 20° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Rejissorların sirrlərini açdı: “Məndən sponsor istəyirlər”

MƏDƏNİYYƏT-ŞOU

01 May 2024 | 09:59

Rejissorların sirrlərini açdı: “Məndən sponsor istəyirlər”

“3 ildən çoxdur ki, kənara çəkilmişəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abiyeva “Xəzər axşamı” verilişində deyib.

O, tələblərinin ödənilmədiyi səbəbindən seriallara çəkilmədiyini bildirib:

“Qane etməyən çox şey var. Mən 10-12 ildir ki, səhnədəyəm və özümə görə tələblərim var. Müəyyən qədər tanınıram. Dünənin aktrisası deyiləm. Tələblərimi edə bilmirlər. İstər qonorar baxımından, istər aktrisa, aktyorlara yanaşma cəhətdən, istər rejissor, prodüseür cəhətdən məni qane etmirlər. Biz bu sferada heç cür professionallaşa bilmirik. Bizdə hər şey rejissorun öz üzərində olur. Sponsor tapmaqdan, aktyorları yığmağa qədər hər şey... Xaricdə belə deyil”.

“Sponsoru belə məndən istəyirlər. Başa düşürsünüz ki, bu nə deməkdir? Axı niyə? Bu filmin prodüseri olmalıdır axı”, - deyə aktrisa əlavə edib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR