• Bakı 16° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Rusiyanın Ukraynadakı itkiləri 470 minə çatır

DÜNYA

01 May 2024 | 09:51

Rusiyanın Ukraynadakı itkiləri 470 minə çatır

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1120 hərbçisini itirib.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 469 840 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 21 zirehli döyüş maşını, 13 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.


SON XƏBƏRLƏR