• Bakı 13° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Dərman vurulan çiyələklər görün nə hala düşdü - VİDEO

CƏMİYYƏT

10 Aprel 2026 | 10:08

Dərman vurulan çiyələklər görün nə hala düşdü - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Paylaşılan kadrlarda dərman vurulduğu iddia edilən çiyələklərin qeyri-adi vəziyyətə düşdüyü görünür.

Bakıvaxtı.az xəbər verir ki, yayılan videoda meyvələrin rənginin dəyişərək ağarması diqqət çəkib. İddialara görə, bu hal çiyələklərə vurulan kimyəvi maddələrin təsiri nəticəsində baş verib. Görüntülər istifadəçilər arasında narahatlıq yaradıb və məhsulların təhlükəsizliyi ilə bağlı suallar doğurub.

Mövzu qısa zamanda sosial mediada geniş yayılıb və müxtəlif rəylərə səbəb olub. Bəzi istifadəçilər bunun pestisid və ya digər aqrokimyəvi maddələrin təsiri olduğunu qeyd etsə də, digərləri görüntülərin həqiqiliyinin araşdırılmalı olduğunu bildirir.


SON XƏBƏRLƏR

09 Aprel 2026