• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Dərnəgül yolunda tikiləcək 3 yeni stansiya ilə bağlı YENİ XƏBƏR

CƏMİYYƏT

30 Yanvar 2023 | 15:07

Dərnəgül yolunda tikiləcək 3 yeni stansiya ilə bağlı YENİ XƏBƏR

"Bakı Metropoliteni"nin xətlərinin ayrılması yeni konseptual inkişaf sxemi hazırlanan dövrdən ən aktual məsələdir. Belə ki, "İçərişəhər" və "Dərnəgül" metro stansiyaları istiqamətlərində xətlərin ayrılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, xətlərin ayrılması üçün "Dərnəgül"dən "Koroğlu" istiqamətinə 3 stansiya inşa olunmalıdır. 

Bu stansiyaların inşaasına nə vaxt başlanacağı maraqla gözlənilir. Məsələyə münasibət öyrənmək üçün “Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bakuws.-ə bildirdi ki Dərnəgüldən sonrakı stansiyalar, xətlərin ayrılması layihəsinin tərkib hissəsidir: "Bu məsələ Bakı şəhərinin inkişaf istiqamətlərini nəzərdə tutan və vahid konsepsiyanı ortaya qoyan Baş Planın tərkib hissəsinə daxil edilib.

Hazırda Bakının Baş Planı üzərində işlər davam etdirilir. İnteqrasiya olunmuş nəqliyyat, metropolitenin bu istiqamətdə rolu və yeri, inkişaf istiqamətləri ilə bağlı məsələlər müzakirə olunur. Bakının Baş Planı ilə bağlı müvafiq mərhələlər başa çatdıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Hazırda konkret tarix demək mümkün deyil. Çünki Baş Plan təkcə metro xətlərindən ibarət deyil, şəhərin bütün inkişaf istiqamətlərini nəzərdə tutan sənəddir. Buna görə, bu işlər kompleks şəklində həllini tapacaq".


SON XƏBƏRLƏR

18 Mart 2024