• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şuşada yeni su anbarı tikilir - FOTOLAR

CƏMİYYƏT

01 Mart 2023 | 14:10

Şuşada yeni su anbarı tikilir - FOTOLAR

Şuşa şəhərində yeni su anbarının tikintisinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki,  bunu Şuşa şəhərinə mediatur zamanı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, şəhər ərazisində iki yeni su anbarı olacaq: "Həmin anbarlardan birinin tikintisinə başlanılıb. Artıq anbarın betonlanma işi həyata keçirilir. Anbarın tikintisi yaxın vaxtlarda başa çatdırılacaq və istifadəyə veriləcək. Bu anbara toplanan su heç bir elektrik enerjisindən asılı olmadan istehlakçılara paylanacaq".

A.Nəcəfli əlavə edib ki, inşası aparılan su anbarının hər biri 1000 kubmetr olmaqla iki hissədən ibarətdir: "Birinci su anbarından sonra eyni tutumda daha bir su anbarının tikintisi yaxın vaxtlarda reallaşdırılacaq".
 


Şuşada yeni su anbarı tikilir - FOTOLARŞuşada yeni su anbarı tikilir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR