• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Ombudsman soyqırımla bağlı beynəlxalq təşkilatlara çağırış etdi

CƏMİYYƏT

31 Mart 2023 | 13:15

Ombudsman soyqırımla bağlı beynəlxalq təşkilatlara çağırış etdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktını tanımağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ombudsman Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda keçirilən konfransda bildirib.

O vurğulayıb ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlərə, habelə terror və soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, Azərbaycana münasibətdə nümayiş etdirilən ikili standartlar səbəbindən sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ de adekvat reaksiya verilməyib:

"Bir daha beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, azərbaycanlılara qarşı törədilmiş bu ağır cinayətlərə münasibətdə beynəlxalq hüquq normaları əsasında qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə, soyqırımı aktını tanımağa çağırıram".


SON XƏBƏRLƏR