• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Bakı metrosunda gərgin anlar - VİDEO

CƏMİYYƏT

31 Mart 2023 | 13:40

Bakı metrosunda gərgin anlar - VİDEO

Bakı metrosunda sərnişin özbaşınalığı təhlükəli vəziyyət yaşadıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb. 

Belə ki, gənc sərnişin qatar hərəkətdə olarkən vaqonlararası keçid qapısını açıb. Bu da yetməzmiş kimi digər vaqona tərəf uzanaraq pəncərəni döyüb, geri qayıdır. Qeyd edək ki, hadisə metronun “Nizami” stansiyasında qeydə alınıb.

Bu vəziyyət digər sərnişinlər üçün də təhlükəli vəziyyət yaradıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən  bildirilib ki, yayılan videogörüntülərlə bağlı məsələ araşdırmaya verilib. 

DİN-in Mətbuat Xidmətindən bildiriblər ki, yayılan görüntülərdən məlumatlıdırlar:

“Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Metropolitenində Polis İdarəsində araşdırmalar aparılır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026