• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

İran casus şəbəkəsinə qarşı daha bir əməliyyat - 5 nəfər saxlanıldı - YENİLƏNİB

CƏMİYYƏT

31 Mart 2023 | 12:48

İran casus şəbəkəsinə qarşı daha bir əməliyyat - 5 nəfər saxlanıldı - YENİLƏNİB

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

Bakıvaxtı.az  “MOUZE” “Telegram” kanalına istinadən xəbər verir ki, İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.

Onlar “Müsəlman Birliyi Hərəkatı”nın üzvü Fədail Şükürov, Şəmkir sakinləri - Yavər İsmayılzadə, Anar Şöhləyev, Vüsal və İlyas adlı şəxslərdir.
 

09:47

Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıvaxtı.az “MOUZE” “Telegram” kanalına istinadən xəbər verir ki, İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb. Onların arasında şəbəkə üzvlərinin “ustad ruhani” kimi təqdim etdiyi, Neftçala rayonundan olan Siyasət Bağırov da var.

O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.
 


SON XƏBƏRLƏR