• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Digər rəngli avtomobillər də taksi kimi işləyə bilər - İZAH

CƏMİYYƏT

29 Mart 2024 | 13:41

Digər rəngli avtomobillər də taksi kimi işləyə bilər - İZAH

“Hazırda digər rəngli avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olan minlərlə vətəndaşımız var. Onların naarhat olmalarına əsas yoxdur”.

Bunu Bakıvaxtı.az-a  nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Qeyd edək ki, Azərbaycanda taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq.

Bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Ekspert bildirib ki, bu ilin mart ayından iyulun 1-nə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) müvafiq portalına daxil olub elektron icazə alaraq fəaliyyətlərini davam etdirə biləcəklər:

“Bu qaydalar iyulun 1-dən qüvvəyə minəcək. Bu gün hansısa vətəndaşın taksidə istifadə etdiyi avtomobilinin rəngi qaradırsa, o, iyulun 1-nə qədər elektron qeydiyyatdan keçsə, təsdiqlənsə, bu zaman həmin qara rəngli taksi ilə fəaliyyətini davam etdirə biləcəklər”.

E.Cəfərov bildirib ki, sadəcə avtomobilin yaşı 15-dən çox olmamalıdır:

“İyulun 1-dən qeydiyyatdan keçənlərdə isə taksinin rəngi ağ və ya qırmızı eyni zamanda həmin minik avtomobilinin yaşı 8 ildən çox olmamalıdır”.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Aprel 2024