• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

DİM-dən bu ixtisası seçənlərə MÜRACİƏT

CƏMİYYƏT

01 Iyun 2022 | 14:43

DİM-dən bu ixtisası seçənlərə MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi magistraturada 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlara müraciət edib.

DİM-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etməsi üçün qeydiyyatı 3 iyun saat 23:59-dək aparılacaq.

Qabiliyyət imtahanları isə 8–17 iyun tarixlərində keçiriləcək. Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026