• Bakı 22° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Azərbaycan əhalisinin neçə faizi koronavirus peyvəndi vurdurub?

CƏMİYYƏT

01 Iyul 2022 | 12:54

Azərbaycan əhalisinin neçə faizi koronavirus peyvəndi vurdurub?

"Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Risk qrupuna aid edilən şəxslərin demək olar ki, 90 faizi artıq peyvənd vurdurub".

Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin şəxslər hətta buster dozanı da qəbul ediblər: "Sevindirici haldır ki, vətəndaşlarımızın məsuliyyəti yüksək səviyyədədir. Ümumi əhalinin peyvəndlənmə statistikasına gəlincə, bu göstərici təxminən 74 % təşkil edir. Bu da müsbət rəqəmdir. Çünki bu, bizə kütləvi immunitetin tam formalaşmasından danışmağa imkan verir.

Təbii ki, koronavirus pandemiyası hər dəfə yeni sürprizlər ortaya çıxarır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən payız mövsümü üçün lazımi tədbirləri görüb ikinci səviyyəli hazırlıq prosesinə çatmalıyıq. Bu istiqamətdə bütün addımlar atılır. Ümidvaram ki, payız fəslini sıçrayışsız keçsək pandemiyanın sonu barədə nəsə danışa bilərik. Hələ tezdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026