"Millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət faktı ilə bağlı rəsmi olaraq təsdiq olunmayan və dəqiqləşdirilməyən məlumatları yaymayın”.
Bakıvaxtı.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.