• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Muğanlı-İsmayıllı-Qəbələ yolunun inşasının başa çatacağı tarix AÇIQLANDI

CƏMİYYƏT

27 Aprel 2023 | 19:07 | Müəllif: Subhan Mahmudov

Muğanlı-İsmayıllı-Qəbələ yolunun inşasının başa çatacağı tarix AÇIQLANDI

Muğanlı-İsmayıllı-Qəbələ yolunda işlərin 31 %-i tamamlanıb, yolun inşasının 2025-ci ilə başa çatdırılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yolların İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov deyib.

Onun sözlərinə görə, bu yol respublika əhəmiyyətlidir:

"Bu yol 70-ci ildə inşa edilib. Sonradan iki zolaqdan 4 zolağa genişləndirilib. Yolun hazırda tikintisi davam etdirilir. Yolda bir aşırım, bir tunel, bir asma körpü və 15 ədəd körpü inşa edilir".

O əlavə edib ki, tunel sürüşmələrin qarşısını kəsmək üçün inşa edilir.

K. Əzizov bu yolun turizm üçün də çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, Bakı şəhərini İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol - Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam etdirilir. II texniki dərəcəyə uyğun qurulan yolun uzunluğu 9,7 km qısalaraq 76,8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülür. Bu çərçivədə 8 ərazidə ümumi uzunluğu 4 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026