• Bakı 16° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

DİQQƏT! Bakının bir sıra rayonlarında qaz OLMAYACAQ

CƏMİYYƏT

14 May 2025 | 18:14

DİQQƏT! Bakının bir sıra rayonlarında qaz OLMAYACAQ

Sabah Bakının bir sıra rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işlərilə əlaqədar mayın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu səbəbdən müvafiq olaraq Ə.Əliyev, M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrində, eləcə də M.Ə.Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Hövsan "MİDA yaşayış kompleksi"nin, həmçinin Motodrom ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR