• Bakı 26° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

MÜTDA "Son zəng"lə bağlı çağırış etdi

CƏMİYYƏT

13 Iyun 2025 | 16:39

MÜTDA Son zənglə bağlı çağırış etdi

 “Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbət aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik.  Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır",- deyə məlumatda qeyd olunub.

 


SON XƏBƏRLƏR

13 Iyun 2025