• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

6 nəfər imtahandan QOVULDU

CƏMİYYƏT

13 Iyul 2025 | 14:31 | Müəllif: Subhan Mahmudov

6 nəfər imtahandan QOVULDU

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

DİM-dən Bakıvaxtı.az-a bildirilib ki, ilkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar.

“Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026