• Bakı 27° C

    10.09 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Yolda təhlükə yaradan daha bir sürücü saxlanılıb

CƏMİYYƏT

12 Avqust 2025 | 13:25

Yolda təhlükə yaradan daha bir sürücü saxlanılıb

Lökbatan–Qobu yolunda təhlükə yaradan sürücü saxlanılıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Qaradağ rayonu, Lökbatan–Qobu yolunda “Ford” markalı yük avtomobilinin sürücüsünün tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin avtobusu və digər nəqliyyat vasitələri üçün real təhlükə yaratması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər BDYPİ-də araşdırılıb.

    Araşdırma nəticəsində yolda özü, sərnişinləri və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan sürücünün Emil Cəfərli olduğu müəyyən edilib. O, YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

    Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək, onları yollarda təhlükəli manevrlərə yol verməməyə, digər hərəkət iştirakçılarının həyatına hörmətlə yanaşmağa və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.

     


    SON XƏBƏRLƏR