• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

CƏMİYYƏT

12 Aprel 2022 | 08:29 | Müəllif: Qalib İbrahimoğlu

Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki. səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti, Bakıda gecə 9-11° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026