Bu gün tanınmış prodüser Təranə Səmədova polis tərəfindən saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində deyib.
“Efirə gələrkən vəkil Ramil Rüstəmov mənə zəng vurub, Təranə Səmədovanın polis tərəfindən saxlanıldığını bildirib. Efir başladığı üçün özü ilə əlaqə saxlaya bilmədim”, - L.Azərtaş deyib.
T.Səmədovanın 400 manat cərimə ödədikdən sonra sərbəst buraxıldığını qeyd edən aparıcı prodüserin polisə müqavimət göstərdiyi üçün saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, 7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.
















