• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Meymunçiçəyinə daha çox kişilər yoluxurlar - İnfksionist SƏBƏBLƏRİ AÇIQLAYIR

CƏMİYYƏT

10 Iyun 2022 | 19:13 | Müəllif: Qalib İbrahimoğlu

Meymunçiçəyinə daha çox kişilər yoluxurlar - İnfksionist SƏBƏBLƏRİ AÇIQLAYIR

Yoluxma sayı artan meymunçiçiəyi xəstəliyi haqqında hər gün müxtəlif xəbərlər yayılır. Belə məlumatlardan biri də xəstəliyin kişilər arasında daha çox yayılması ilə bağlıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, COVID-19-un daha çox yaşlı nəsli, xroniki xəstəliyi olanları hədəflədiyini deyən tibb elmləri doktoru Sergey Çudakov bildirib ki, meymunçiçəyində isə əksinə gənc qrup risk altındadır. Onun sözlərinə görə, risk zonasında gənc insanlar, 40 yaşa qədər kişilərdir.

Çudakov deyir ki, SSRİ-də sonuncu dəfə çiçək peyvəndi olunan nəslin indi 42 yaşı var: "Deməli, 50-60-70 yaşlı insanlarda immunitet var, onlar hətta peyvənd olunsalar da xəstəliyi canlı olaraq da keçiriblər".

Onun bildirdiyinə görə, Avropada xəstələnənlərin 80%-i gənc kişilərdir.

Meymunçiçəyi virusuna daha çox kişilərin yoluxması yə ilə əlaqədardır?

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, xəstəliyə yoluxanların 50%-dən çoxu kişilərdir: “Xüsusilə də, homoseksualların bu xəstəliyə daha çox yoluxduğu artıq təstiqlənib. Bunun da səbəbi xəstəliyin hava-damcı yolundan daha çox təmas yolu ilə keçmə xüsusiyyətidir. Meymunçiçəyi aktiv şəkildə təmas yolu ilə yoluxduğu, xüsusilə də səpkilər xarakterik olaraq ovuclarda, ayaq altında, üzdə, qasıq və perianal nahiyəsində yayıldığı üçün kişilərlə cinsi əlaqədə olan kişilərdə daha çox yayılması belə izah oluna bilər”.

İnfeksionistin sözlərinə  görə, amma bu o demək deyil ki, xəstəlik yalnız bu şəxslərə xas xəstəlikdir: “Meymunçiçəyinə hər kəs yoluxa bilər. Yəni, qadınlarda və qeyri-homoseksual şəxslərdə də cinsi əlaqə və ya məişət təması zamanı xəstəlik bir-birinə ötürülə bilər".

N.Əzimli onu da qeyd edib ki, meymunçiçəyi yalnız cinsi əlaqə zamanı ötürülür deyə bir şey yoxdur, sadəcə cinsi əlaqə zamanı dəridən dəriyə təmas daha çox olduğuna görə xəstəliyin ötürülməsi daha sıx şəkildə baş verə bilir.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026