• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

CƏMİYYƏT

10 Iyul 2022 | 17:37

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 11 iyul tarixində saat 08:00-dan 18:00-dək yolun qeyd edilən hissəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026