• Bakı 25° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Çörək israfçılığı: Qarşısını necə ala bilərik?

CƏMİYYƏT

09 Avqust 2022 | 17:25 | Müəllif: Qalib İbrahimoğlu

Çörək israfçılığı: Qarşısını necə ala bilərik?

“Biz hələ pandemiya dönəmindən də öncə təbliğat aparanda ən çox toxunduğumuz ev şəraitində hazırlanan yeməklər idi”.

Bunu Bakıvaxtı.az-a ida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a bildirib.

Onun sözlərinə görə, indi bütün dünya israfçılığın, restoranda çox yemək yeməyin qarşısını almaq üçün çətin hazırlana bilən yeməklərin trendinə başlayıb. Mütəxəssis bu baxımdan, çörəyin də ev şəraitində bişirilməsini tövsiyə edir: “Biri var un alıb çörək bişirilə, biri də var əvvəlki kimi buğdanı əl dəyirmanında üyüdüb çörək hazırlanıla. İndi ortaya bir sual çıxır ki, əl dəyirmanında hazırlanan çörəklə dükanda satılan çörəyin fərqi nədir? Burda böyük bir fərq var. Birincinin tamında, qoxusunda fərq var. Yəni, dükanda satılan çörəklə, evdə çovdarla tam buğda ununun qarışığından hazırlanmış çörək arasında fərq var. Çünki evdə bişirilən çörəkdə rüşeym qismi ayrılmır. Zatən bütün mikroelementlər, vitaminlər buğda və çovdarın qabığındadır. Dükandan aldığımız çörəyin qabığı, rüşeym qismi ayrılır “əla növ” un əldə olunur. “Əla növ” undan hazırlanan çörək də zavod çörəyi adlanır. Bu da elmi dildə desək, boş karbohidratdır, heç bir vitamindən söhbət gedə bilməz”.

A.Salamov deyir ki, evdə buğdanın çovdarla üyüdülüb bişirilməsi həm də dietik sayılır: “Bu çörəyin qida dəyəri o qədər yüksəkdir ki, bir dilimdən artıq yemək olmur. Həmçinin bu, zavod çörəyindən bir az ağır olur. Gələcəkdə qıtlığı nəzərə alaraq ev dəyirmanları bərpa edilməli, insanların torpağa sevgisi birə beş artmalıdır. Hamı qutu evlərdən çıxıb kənd evlərinə köçməlidir, şəhər anlayışı olmalı deyil. Qıtlıq olmaması üçün bunu etməliyik, çünki yeni dünya düzəninin oyunlarında başda qıtlıq gəlir”.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026