İngiltərə Baş naziri Liz Truss İcmalar Palatasındakı çıxışında enerji qiymətlərindəki artımla bağlı administrasiyasının gördüyü ehtiyat planını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Truss bildirib ki, oktyabrın 1-dən bütün Böyük Britaniya ev təsərrüfatları üçün illik enerji ödənişlərinin həddi 2500 funt sterlinq səviyyəsində müəyyən ediləcək.
Tətbiqin 2 il davam edəcəyini açıqlayan Truss planla birlikdə illik enerji faturalarında, təxminən, min lirəyə qənaət edəcəyini söylədi.
Truss açıqlamasında belə deyib: "Bu həftənin əvvəlində mən Böyük Britaniyada ailələrin və bizneslərin üzləşdiyi yüksələn enerji qiymətlərinin qayğısına qalacağıma söz vermişdim. Bu gün mən bu vədi yerinə yetirirəm. Bu hökumət insanlara enerji qiymətlərinə əminlik verəcək yeni qiymət zəmanəti təklif etmək üçün təcili tədbirlər görür. Biz inflyasiyanı cilovlayacaq və artımı sürətləndirəcəyik. Oktyabrın ilk günündən etibarən və növbəti 2 il ərzində ev təsərrüfatlarının ildə 2500 funt sterlinqdən çox ödəniş etməməsini təmin edəcəyik".
Plana İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanın daxil olacağını ifadə edən Truss, keçmiş baş nazir Boris Consonun rəhbərliyində daha əvvəl açıqlanan 400 funt sterlinqlik yardımın da tətbiq ediləcəyini bildirib. Truss əlavə edib ki, maliyyə naziri vəzifəsinə təyin edilmiş Kvasi Kvarteq planın necə maliyyələşdiriləcəyi ilə bağlı ətraflı məlumat verəcək.
Truss çıxışında enerji xərclərini azaltmaq məqsədilə beynəlxalq təchizatçılarla müqavilələr bağlamaq üçün enerji təchizatı üzrə işçi qrupunun yaradılacağını bildirib. Enerji şirkətlərinin uzunmüddətli enerji müqavilələri almasına imkan yaratmaq üçün 40 milyard funt sterlinqlik yeni planın yaradılacağını deyən Truss "Böyük Britaniyanın enerji təhlükəsizliyi və təchizatı ilə bağlı qısamüddətli yanaşmanı dayandıracağam" deyib.
Aytac Aslan















