• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabah bu rayonda qaz olmayacaq

CƏMİYYƏT

08 Sentyabr 2022 | 16:30

Sabah bu rayonda qaz olmayacaq

Sabah Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barəddə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Zərdab” qazpaylayıcı stansiyasında (QPS) aparılacaq təmir işləri ilə əlaqədar sabah tarixdə saat 10:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026