• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

DİQQƏT! Bu avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək

CƏMİYYƏT

08 Oktyabr 2022 | 12:08

DİQQƏT! Bu avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək

Sabah paytaxtın R.Cəfərov küçəsində təmir işləri aparılacaq.

Bakı Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 13 sayda müntəzəm marşrutun (7A, 7B, 9, 61, 67, 79, 83, 92, 119, 165, 199, 205 və 211 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Bununla yanaşı, oktyabrın 10-da Ə.Rəcəbli küçəsinin C.Xəndan küçəsi ilə kəsişməsindən “Amor” şadlıq sarayına qədər olan hissədə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 2 müntəzəm marşrutun (2 və 33 nömrəli) hərəkəti alternativ küçələrlə ( C.Xəndan, Ş.Məmmədova, S.S.Axundov küçələri) təşkil ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR