• Bakı 21° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Azərbaycanda kartlar bloklanıb? - RƏSMİ

CƏMİYYƏT

08 Sentyabr 2022 | 16:44

Azərbaycanda kartlar bloklanıb? - RƏSMİ

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahibləri tərəfindən “Whatsapp” platforması üzərindən Mərkəzi Banka müraciətin edilməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

Bu barədə Mərkəzi Bankdan Bakıvaxtı.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq", - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026