• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kim gedib qəbiri qazıb görə bilər ki, bu adamın sümükləri...

CƏMİYYƏT

09 Avqust 2022 | 14:59

Kim gedib qəbiri qazıb görə bilər ki, bu adamın sümükləri...

“Qızılcanı qəbirdə keçirmək anlayışı mifdir”.

Bunu Bakıvaxtı.az-a tanınmış fizioloq Rəşid Mahmudov bildirib.

Onun sözlərinə görə, qızılca xəstəliyinə bütün insanlar yoluxmalıdır:

“Qızılca təkrar oluna bilməyən, ikinci dəfə tutulmayan xəstəlikdir. Bu virusun ifraz etdiyi toksin zülalının molekul çəkisi o qədər yüksəkdir ki, buna qarşı immunitet yaranır. Bu zülal heç vaxt böyrəkdən, sidik yolları ilə çıxa bilməz. Qızılcanın antiteli insanda ömrünün axırına qədər qalır. Bu xəstəliyi hamı keçirməlidir. Lakin “qızılcanı qəbirdə də olsan çıxarırsan” anlayışı tamamilə mifdir. Kim gedib qəbiri qazıb görə bilər ki, bu adamın sümükləri qızılca olub. Elə bir şey yoxdur”.

R. Mahmudov qeyd edib ki, yaşlı insanlar qızılcanı gənclərə nisbətdə daha ağır keçirir, lakin ölümə səbəb olmur:

“Amma yaşlı adamlarda qızılcanın fəsadları qala, ağciyərləri iltihab verə bilər. Adam var ki, bu virusu soyuqdəymə kimi ayaqda keçirir. Ümumilikdə qızılcanı müalicə etməyə gərək olmur. İnsan özü bu xəstəliyi atlada bilir, tez də sağalır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026