• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya ukraynalıları deportasiya etməkdə ittiham edilir

CƏMİYYƏT

08 Sentyabr 2022 | 13:46

Rusiya ukraynalıları deportasiya etməkdə ittiham edilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Rusiyanın Ukraynada münaqişə bölgələrində insanları zorla saxlaması və həbs düşərgələrinə yerləşdirməsi ilə bağlı iddialar sərt müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Amerika administrasiyası iddia edir ki, Rusiya ordusu müharibə bölgəsində saxlanılan insanları Rusiya və ya Rusiyanın Ukraynada işğal etdiyi bölgələrə göndərmək üçün öz iradəsi olmadan konslagerlərə aparıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfeld Təhlükəsizlik Şurasının iclasında bildirib ki, hesablamalara görə, 900 min ilə bir milyon 600 min arasında ukraynalı zorla deportasiya edilib.

Amerika rəsmisinin verdiyi bu məlumat Ukraynada davam edən münaqişə səbəbindən müstəqil mənbələr tərəfindən təsdiqlənə bilməz. Ukraynanın BMT-dəki nümayəndə heyəti bildirir ki, 2 milyon 500 min ukraynalı ölkənin cənub və şərqindən sürgün edilərək Sibirin və ya Rusiyanın şərqinə aparılıb.

Norveçin BMT-dəki nümayəndəsi Mona Juul da insanların aparıldığı düşərgələrlə bağlı insan haqlarının pozulmasına diqqət çəkən müstəqil hesabatların sayının artdığına diqqət çəkib.

ABŞ Dövlət Departamenti bundan əvvəl Rusiya prezidenti Vladimir Putini minlərlə Ukrayna vətəndaşını zorla köçürməkdə ittiham etmişdi.

BMT-nin İnsan Haqları Komitəsi vurğulayır ki, ukraynalı uşaqların sürətlə övladlığa götürülməsi üçün Rusiyaya göndərilməsi ilə bağlı etibarlı məlumatlar var. BMT rəsmiləri iddia edir ki, valideyni olmayan ukraynalı yetkinlik yaşına çatmayan uşaqların Rusiya vətəndaşlığını əldə etmələri üçün “rus ailələri tərəfindən övladlığa götürülməsi” üçün sadə bir proses mövcuddur.

BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rozmari DiKarlo sessiyada deyib: “Rusiyaya bağlı yerli qüvvələrə və hərbçilərə qarşı zorakılıqla məcburi həbslər, deportasiyalar və filtr düşərgələri ilə bağlı ittihamlar son dərəcə narahatedicidir”.

Ukraynadan xaricə qaçanların sayının 7 milyonu keçdiyinə diqqət çəkən DiKarlo ölkədəki müharibədə 5718 mülki vətəndaşın həyatını itirdiyini vurğulayıb.

Rusiya isə ukraynalıların zorla çıxarıldığı iddia edilən “filtr düşərgələrini” rədd edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia “Nə danışdığınızı başa düşmürük” deyib.

Filtrləmə anlayışının düzgün təyin olunmadığını iddia edən Nebenziya, Rusiyaya köçmək istəyən ukraynalıların aparıldığı obyektlərin olmasının normal olduğunu müdafiə edib. Rusiya nümayəndəsinin sözlərinə görə, bu obyektlərə aparılan ukraynalılar sonra Rusiyada sərbəst yaşaya və ya istənilən vaxt Rusiyanı tərk edə bilərlər. Nebenziya bir çox insanın “Ukrayna rejimi”ndən qaçmaq istədiyini və rejimin öz vətəndaşlarından sipər kimi istifadə etdiyini iddia edib.

İddia olunur ki, Rusiyanın Ukraynanın şərqində konslagerləri var və orada ukraynalıları həbs edib dindirir. Həmçinin Ukraynada işğal olunmuş ərazilərdə filtrasiya prosesinin aparıldığı və bu bölgələrdəki mülki şəxslərin bir hissəsinin zorla Rusiyanın müxtəlif bölgələrinə aparıldığı iddia edilir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026