• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Zərərlə işləyən şirkət məhkəməlik oldu

CƏMİYYƏT

08 Oktyabr 2022 | 11:20

Zərərlə işləyən şirkət məhkəməlik oldu

Şəmkirdə metal konstruksiya, kənd təsərrüfatı avadanlqıqları və dəqiq metal məhsullarının istehsal edən “Zəyəm Texnologiyalar Parkı” Açiq Səhmdar Cəmiyyəti (ZTP) məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, “Yük Taksisi.Az” MMC Gəncə Kommersiya Məhkəməsində ZTP-ə qarşı iddi qaldırıb. 

Məhkəmə bu iş üzrə oktyabrın 28-ə hazırlıq iclası təyin edib. 

İşin mahiyyəti daşınma müqaviləsi üzrə mübahisələrlə bağlıdır. 

Qeyd edək ki, ZTP 2021-ci ili 5 milyon 793 min manat xalis zərər ilə bağlayıb. Şirkət 2020-ci ili 2 milyon 720 min manat zərər ilə bağlamışdı ki, bu da zərərin 2.1 dəfə artması deməkdir.

Zərərlı işləyən ZTP bu il yeni baş direktoru təyin edilib.Bu ilin iyun ayından etibarən ZTP-yə Vüqar Sadıqzadə rəhbərlik edir.
 
Vüqar Sadıqzadə buna qədər “Azertenolayn” MMC və “EmbaWood” MMC-də çalışıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026