• Bakı 19° C

    2.55 m/s

Dölün mayesindən alınan hüceyrələrdən əmələ gələn "mini orqanlar"

CƏMİYYƏT

06 Mart 2024 | 11:04

Dölün mayesindən alınan hüceyrələrdən əmələ gələn "mini orqanlar"

Tədqiqatçılar ana bətnində olan dölün qidalanması və qorunmasını təmin edən amniotik mayedən alınan ağciyər, böyrək və bağırsaq hüceyrələrindən orqanoidlər kimi tanınan 3D toxuma qranulları yaradıblar.

Bakıvaxtı.az "N TV"yə istinadən xəbər verir ki, araşdırma orqanoidlər adlanan kompleks hüceyrə modellərin yetişdirilə biləcəyini və bu "mini orqanların" körpənin bioloji məlumatlarını qoruduğunu göstərir.

Bu orqanoidlər körpənin inkişafı zamanı baş verən anormal formasiyaların inkişafının qarşısını almaq üçün çox vacibdir. Tədqiqatçılar bildirirlər ki, amniotik mayedən əldə edilən bu orqanoidlər dölün ana bətnində inkişafı ilə bağlı yeni fikirlər verə bilər. Bu, dölün inkişafının daha yaxşı başa düşülməsinə və vaxtından əvvəl doğuş riski kimi problemlərin həllinə səbəb ola bilər.

Həmçinin, bu texnologiyanın xəstəliklərin müalicəsində yeni yanaşmaların işlənib hazırlanmasına imkan verəcəyi düşünülür. Məsələn, körpədə anadangəlmə bir xəstəliyin aşkarlanmasına və doğuşdan əvvəl müalicəsinə kömək edə bilər.

Bu araşdırma ana bətnində olan döllərin inkişafını daha dərindən anlamaq və vaxtından əvvəl doğuş kimi fəsadların qarşısını almaq üçün perspektivli addım hesab olunur. Ümid edilir ki, orqanoid texnologiyası inkişaf etdikcə daha çox xəstəliklərin müalicəsində əhəmiyyətli irəliləyişlər əldə edilə bilər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR