• Bakı 20° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Dövlət Agentliyi "28 minlik şam yeməyi" məsələsinə AYDINLIQ GƏTİRDİ

CƏMİYYƏT

25 Sentyabr 2022 | 09:49

Dövlət Agentliyi 28 minlik şam yeməyi məsələsinə AYDINLIQ GƏTİRDİ

Dövlət Turizm Agentliyi Baklvaxtı.az saytında 23 sentyabr tarixli "Dövlət qurumu 28 minə şam yeməyi verəcək" başlıqlı xəbərə münasibət bildirilib.

Aəentlikdən verilən məlumata görə, sentyabrın 29-da Bakıda keçiriləcək "Checkin Summit Caucasus by Uzakrota" adlı konfransda dünyanın müxtəlif ölkələrindən 600-yə yaxın turizm agentliyi, hava yolları şirkəti, hotel, səyahət agentliyi, səyahət texnologiyası startapı, qonaqpərvərlik investoru, texnoloji şirkət və distribütor texnologiya şirkəti tədbirdə iştirak edəcək.  

Tədbir çərçivəsində keçiriləcək sessiyalarda 40 xüsusi beynəlxalq məruzəçinin iştirakı planlaşdırılır. Tədbirin bütün xərcləri təşkilatın özü tərəfindən, 40 xüsusi məruzəçinin şam yeməyi xərcləri isə Dövlət Turizm Agentliyi tərəfindən qarşılanacaq.  

Qeyd olunub ki, 28,414.40 AZN təşkil edən tender qiymətinin cəmi 3068 AZN məbləğində olan hissəsi şam yeməyi üçün nəzərdə tutulub.

"Ümumi məbləğdən 1947 AZN tədbirlə bağlı avadanlıqların icarəsinə yönəldiləcək.  

Yerdə qalan 23,399.40 AZN vəsaitin isə İşgüzar Tədbirlər Alyansı Görüşünün keçirilməsi istiqamətində xərclənməsi nəzərdə tutulur. Bu tədbir çərçivəsində 120 nəfərlik yerli turizm nümayəndələrinin işgüzar görüşü təşkil olunacaq. Görüş çərçivəsində sənaye nümayəndələri ilə birgə turizmdəki problemlər istiqamətində sessiyalar, müzakirələr aparılacaq, həmçinin sənaye nümayəndələrinin birgə əməkdaşlığı təşkil ediləcək". 

Açıqıamada bildirilir ki, “Uzakrota” Türkiyənin İstanbul şəhərində yerləşən Beynəlxalq Turizm Platformasıdır. Təşkilatın əsas fəaliyyəti turizmlə bağlı müxtəlif ölkələrin turizm sənaye nümayəndələrinin iştirakı ilə tədbirlərin təşkil edilməsidir. Təşkilat bu cür tədbirlərin təşkilatçılığı üzrə Balkan dövlətləri, Avropa və Asiyada məşhurdur və kifayət qədər auditoriyaya malikdir. Keçirilən tədbirlər turizm sənaye nümayəndələri arasında əlaqələrin formalaşdırılmasından başqa maarifləndirmə rolunu da oynayır. Tədbirlər çərçivəsində turizm sənayesinin tanınmış ekspertlərinin iştirakı ilə seminarlar və maarifləndirici sessiyalar keçirilir.

İbRa


SON XƏBƏRLƏR

24 Aprel 2024