• Bakı 23° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Dövlət Agentliyində kadr dəyişikliyi oldu

CƏMİYYƏT

14 Fevral 2023 | 11:21

Dövlət Agentliyində kadr dəyişikliyi oldu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, şirkətə rəhbərlik Məzahir Mahmudova həvalə olunub.

V. Kərimov “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə ötən ilin ortalarından rəhbərlik edirdi. Buna kimi isə “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru olub.

Xatırladaq ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,5 milyon manat təşkil edir. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026